II Qafqaz oyunları Şağanda keçiriləcək
Aprelin 22-də Şağan Olimpiya İdman Kompleksində "İdman ili"nə həsr olunmuş, cüdo üzrə yeniyetmələr arasında II Qafqaz oyunları keçiriləcək.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan, Rusiya və Gürcüstan idmançıları mübarizə aparacaqlar.

Yarışlar 1998-99-cu illər təvəllüdlü idmançılar arasında aşağıdakı çəki dərəcələri üzrə keçiriləcək:
30 kq, 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, +66 kq

Xəbər 1232 dəfə oxundu.