“Araz” futzal kubu Maltanın “Valetta” komandası ilə qarşılaşacaq | |
Futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Araz” bu gün əsas mərhələdə ikinci oyununu keçirəcək. Ölkə çempionu Maltanın “Valletta” komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:30-da başlayacaq oyunu Sven Eşler (Almaniya), Kamil Çetin (Türkiyə) və İvan Şabanovdan (Rusiya) ibarət hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, ilk oyunda “Araz” Litva çempionu “Vytis” komandasına 0:1 hesabı ilə məğlub olub. |
|
Xəbər 649 dəfə oxundu. |
|
|