Binəqədi rayonunda orta ümumtəhsil məktəblərinin idman zallarının monitorinqi yekunlaşıb
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi və “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin idman zallarında idman qurğularının vəziyyəti və təhlükəsizlik qaydalarına düzgün əməl olunmasına dair aparılan monitorinq başa çatdırılıb.

Monitorinq zamanı neqativ halların baş verməməsi üçün məktəblərə komissiya üzvləri tərəfindən təhlükəsizlik qaydalarına düzgün əməl olunmasına dair müəyyən tövsiyələr verilib.

Monitorinqin nəticəsi ilə bağlı komissiyanın yekun rəyi hazırlanacaq və müvafiq qurumlara təqdim ediləcək.

Xəbər 777 dəfə oxundu.