Deyvidas Çesnauskis: Azərbaycanda səviyyə o qədər də aşağı deyil
“Avropa Liqasına vəsiqə uğrunda mübarizə apardığımızdan bizim üçün hər oyun çox vacibdir. “Xəzər Lənkəran”la qarşılaşma isə mənim üçün lap əla alındı və 3 qol vurdum”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Bakı” klubunun litvalı futbolçusu Deyvidas Çesnauskis deyib. Yarımmüdafiəçi Litva mətbuatına verdiyi açıqlamada Azərbaycandakı durumu haqda danışıb:

“Bakı”da aparıcı mövqedə oynayıram. Bir hücumçu ilə oynadığımızdan mən sağ cinahdan hücumların təşkilində iştirak edirəm. Bu da nəticə verir: artıq 7 qol vurmuşam. Açığı Azərbaycanda oynamağa qərar verdiyim üçün məyusam. Lakin burada səviyyə o qədər də aşağı deyil. Çempionatda ən azı 6 komanda var ki, yaxşı futbolçulara malikdir”.

Çesnauskis vaxtilə çağırıldığı Litva yığmasına dönmək perspektivinə də aydınlıq gətirib: “Mövsüm ərzində bir neçə dəfə zədələnsəm də fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Hazırda milli komanda haqda düşünmürəm. Fikrimi cari mövsümə kökləmişəm. Həm də ki, yığma hələ mayın sonunda toplaşacaq. Hələ Şotlandiya “Xarts”ında oynadığım vaxtdan yığmamızın indiki baş məşqçisi Laslo Çaba ilə münasibətlərim yoxdur. Bir-birimizə simpatiya bəsləmirik. Meydana az-az çıxırdım. Lakin lazım olsa yığmaya gedərəm. Əks halda, fikrimi kluba kökləyəcəm”.

Xəbər 1028 dəfə oxundu.