Güllə atıcılığı üzrə Bakı kuboku yarışlarının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Bakı kuboku yarışları keçirilib.

Yarışda 43 idmançı mübarizə aparıb.

Kişilər arasında PT-4 tipli tapançadan atəşaçmada Ruslan Qəhrəmanov, PTÇ-3 tipli tapança ilə yarışda Morteza Dana fərqlənərək qızıl medal qazanıblar. Qadınlar arasında PT-4 tipli tapançadan atəşaçmada Jalə Bayramova, PTÇ-3 tipli tapançadan atəşaçmada Nigar Nəsirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. N.Nəsriova daha iki kateqoriyada - PTÇ-mix (10 m) tipli tapançadan atəşaçmada və PTÇ-mix (20+20) tipli tapançadan atəşaçmada birinci olub.

Qalib və mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 1356 dəfə oxundu.