Kikboksçumuz Xəyal Əhmədov növbəti döyüşünə çıxacaq
Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, nüfuzlu beynəlxalq yarışların qalibi, dünya çempionu, “Tank” ləqəbli məşhur kikboksçu Xəyal Əhmədov oktyabrın 6-da Almaniyanın Bohum şəhərində növbəti döyüşünə çıxacaq.

Xəyal Əhmədov almaniyalı rəqibi Lukas Boçenski qarşı döyüşəcək.

“İnanıram ki, döyüşdən qələbə ilə ayrılacağam. Hər döyüşdən nəsə öyrənirəm. Bu dəfə də məni çətin və məsuliyyətli döyüş gözləyir. Arzumdur ki, çox sevdiyim üçrəngli bayrağımızı zirvələrə qaldırım”,-deyə idmançı qeyd edib.

Qeyd edək ki, Xəyal Əhmədov bir sıra beynəlxalq yarışların qalibidir. Əsasən peşəkar sahədə döyüşür.

Xəbər 1208 dəfə oxundu.