AFFA-nın baş katibinin müavini UEFA tərəfindən yeni təyinat alıb
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək Latviya–Hollandiya oyununun UEFA nümayəndəsi Sərxan Hacıyev olacaq.

Matç Riqa şəhərindəki Skonto stadionunda keçiriləcək.

Xəbər 684 dəfə oxundu.