Cüdo üzrə dünya çempionatının bayrağı Yaponiya nümayəndəsinə təqdim olunub
Sentyabrın 26-da Bakıda keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində yarışın keçici bayrağı növbəti mundiala ev sahibliyi edəcək Yaponiya nümayəndəsinə təqdim olunub.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev bayrağı Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə təqdim edib.

Sonra ali cüdo qurumunun rəhbəri bayrağı Yaponiya Cüdo Federasiyasının prezidenti Yasuhiro Yamaşitaya verib.

Xatırladaq ki, cüdo üzrə növbəti dünya çempionatı 2019-cu ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.

Xəbər 1103 dəfə oxundu.