Bakıda keçirilən dünya çempionatında ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
Bu gün Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki Azərbaycan idmançısı tatami üzərinə çıxacaq.

Çempionatın yeddinci günündə kişi cüdoçular 100 kiloqramdan, qadınlar isə 78 kiloqramdan yuxarı çəki dərəcəsində güclərini sınayırlar. Yarışda ölkəmizi Uşanqi Kokauri və İrina Kindzerska təmsil edəcəklər. U.Kokauri ilk görüşündə belaruslu Vladislav Tsiarpitski ilə, İ.Kindzerska isə Litva təmsilçisi Sandra Jablonskite ilə qarşılaşacaq.

Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək turnirdə 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır.

Xəbər 867 dəfə oxundu.