London olimpiadası “Nəsli ruhlandıraraq”
London Yay Olimpiya Oyunları “Nəsli ruhlandıraraq” (“İnspire a generation”) şüarı ilə keçəcək. İdman.com.az saytının xəbərinə görə, bu barədə “dördilliy”in təşkilat komitəsi oyunlara 100 gün qalması ilə bağlı təşkil olunmuş tədbirdə məlumat verib.

Bu münasibətlə Londonun qərbindəki “Kyu-Qardens” parkında 20 mindən çox çiçəkdən olimpiya halqaları düzəldilib. Olimpiya halqaları Hitrou hava limanından uçan və buraya gələn təyyarələrdən görünür. Parka gələnlər halqaların arasından salınmış cığırlarda gəzə biləcəklər.

Təşkilat komitəsinin başçısı Sebastyan Kou parkda artıq ilk palıd ağacını əkib. Olimpiya hərəkatına Britaniyanın töhfəsinin rəmzi olaraq şəhərdə 40 belə palıd ağacı əkiləcək.
Bu həftə Londonda və Böyük Britaniyanın hər yerində olimpiadanın başlanmasına 100 gün qalması münasibətilə tədbirlər keçirilir. Trafalqar meydanında isə konsert olacaq.

Xəbər 1050 dəfə oxundu.