Cüdo üzrə dünya çempionatının beşinci günündə daha iki çəkidə qaliblər müəyyənləşəcək
Bu gün Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Kişi cüdoçular 90, qadınlar isə 70 kiloqram çəki dərəcəsində mübarizə aparacaqlar. Çempionatın beşinci günündə ölkəmizi Məmmədəli Mehdiyev təmsil edəcək. Cüdoçumuz ilk görüşündə Belarus idmançısı Viktor Kliavusau ilə qarşılaşacaq.

Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək turnirdə 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır.

Xəbər 696 dəfə oxundu.