Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının dördüncü günündə yeddi ölkə təmsilçisi fəxri kürsüdə yer alıb.

Qadınlar arasında 63 kiloqram çəki dərəcəsində Klarisse Aqbeqnenu (Fransa) qızıl, Miku Taşiro (Yaponiya) gümüş, Tina Trstenjak (Sloveniya) və Cuul Franssen (Hollandiya) bürünc medal qazanıb.

Kişilər arasında 81 kiloqram çəki dərəcəsində dünya çempionu İran cüdoçusu Saeid Mollaei olub. Yaponiya idmançısı Sotaro Fucivara ikinci yeri tutub. Türkiyəli Vedat Albayraq və Almaniya təmsilçisi Aleksandr Vieczerzak turniri üçüncü pillədə başa vurublar.

Sonra mükafatlandırma mərasimi keçirilib.

Xatırladaq ki, Azərbaycan bugünkü çəki dərəcələrində təmsil olunmayıb.

Sentyabrın 24-də kişilər arasında 90, qadınlar arasında 70 kiloqram çəki dərəcəsində yarışlar keçiriləcək.

Cüdoçumuz Məmmədəli Mehdiyev ilk görüşündə Belarus təmsilçisi Viktar Kliavusau ilə qarşılaşacaq. Qadınların yarışında isə təmsilçimiz yoxdur.

Xəbər 978 dəfə oxundu.