Hidayət Heydərov dünya çempionatında bürünc medal qazanıb
Sentyabrın 22-də Azərbaycan idmançısı Hidayət Heydərov Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanıb.

73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov üçüncü yer uğrunda görüşdə Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçiriyə qalib gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri qarşılaşmaya baxıblar.

Bu, Azərbaycan cüdoçularının Bakıda keçirilən dünya çempionatında qazandıqları ilk medaldır.

Xəbər 692 dəfə oxundu.