Cüdo üzrə dünya çempionatında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib | |
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü günün qalibləri müəyyənləşib. Qadınlar arasında 57 kiloqram çəki dərəcəsində finalda Nekoda Smite-Davisə (Böyük Britaniya) qalib gələn Tsukasa Yoşida (Yaponiya) dünya çempionu olub. Kişilər arasında 73 kiloqram çəki dərəcəsində finalda yaponiyalı Soiçi Haşimoto və Koreya Respublikasının cüdoçusu Çanqrim An üz-üzə gəliblər. Görüş koreyalı idmançının qələbəsi ilə yekunlaşıb. Bu çəki dərəcəsində Azərbaycanı təmsil edən Hidayət Heydərov Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirə qalib gələrək bürünc medal qazanıb. Qaliblərə medalları Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev təqdim edib. |
|
Xəbər 918 dəfə oxundu. |
|
|