Cüdo üzrə dünya çempionatı: yarışların ikinci gününün qalibləri yaponiyalı idmançılar olublar
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci günündə həm kişilər, həm də qadınlar arasında yarışların qalibləri yaponiyalı idmançılar olublar.

52 kiloqram çəki dərəcəsində qadınlar arasında keçirilən yarışda Yaponiya cüdoçusu Uta Abe həmyerlisi Ai Şişimeyə qalib gələrək qızıl medal qazanıb. Kişilərin yarışında da qalib gündoğar ölkə təmsilçisi olub. Belə ki, 66 kiloqram çəki dərəcəsində finalda Qazaxıstan cüdoçusu Yerlan Serikzhanovu məğlub edən Hifumi Abe də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 770 dəfə oxundu.