Cüdoçumuz Nicat Şıxəlizadənin 1/32 final mərhələsindəki rəqibi müəyyənləşib
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Nicat Şıxəlizadənin 1/32 final mərhələsindəki rəqibi müəyyənləşib.

Milli komandamızın üzvü bu mərhələdə misirli Mohamed Abdelmavqud ilə qarşılaşacaq.

Xatırladaq ki, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatında 125 ölkədən 800-dək kişi və qadın idmançı 14 çəki dərəcəsində mübarizə aparır. Bu gün 66 kiloqram çəki dərəcəsində kişilər, 52 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxıblar.

Çempionat sentyabrın 27-dək davam edəcək.

Xəbər 1006 dəfə oxundu.