London olimpiadasında nələr pulsuz olacaq?
İyulun 27-dən avqustun 12-dək Londonda keçiriləcək Yay Olimpiya Oyunları üçün 100 ən maraqlı məqam açıqlanıb. İdman.com.az saytının məlumatına görə, Böyük Britaniyanın məşhur “Evening Standard” qəzeti bəzi faktlara əsasən, həmin məqamları dünya ictimaiyyətinə təqdim edib.

1. Hər il Məkkə ziyarətindən sonra London olimpiya oyunları iştirakçıların sayına görə insanların bir araya gəldiyi ikinci məkan olacaq.
2. Olimpiya parkının ərazisində oyunların baş sponsorlarından biri olan McDonalds-ın 4, o cümlədən, 1,5 min tutumu olan dünyanın ən böyük restoranı fəaliyyət göstərəcək.
3. Digər sponsor – Coca-Cola şirkətinin 5 min əməkdaşı hər gün 100 yeşik qazlı su butulkası daşıyacaq.
4. London-2012-nin hər idman qurğusu pulsuz içməli su ilə təchiz ediləcək.
5. Həndbol arenasında damdan yağış suyunun toplanması üçün avadanlıq quraşdırılıb. Bu su tualetlərdə istifadə olunacaq və suyun ümumi sərfiyyatını 40 faiz azaltmağa imkan verəcək.
6. Təşkilat Komitəsi London oyunları zamanı iştirak edəcək 15 min idmançıya pulsuz 150 min prezervativ verəcək. Ötən Pekin olimpiya oyunlarında onların sayı cəmi 100 min idi.
7. Xarici atletlər və məşqçilər onların vizalarının şərtlərinə görə burada olimpiya və paralimpiya oyunları zamanı evlənə bilməyəcəklər.
8. London olimpiadasının ən yaşlı iştirakçısı atçılıq idmanı üzrə yarışlarda iştirak edəcək yaponiyalı 70 yaşlı Xiroşi Xoketsu olacaq.
9. Yarışlar keçirilən meydançaya lüt çıxmağa cəhd edən hər kəs 20 min funt-sterlinqə qədər cərimələnəcək.
10. Heyvanların nadir növlərini cəlb etmək üçün Olimpiya parkının ərazisində quşlar və yarasalar üçün 770 evcik quraşdırılıb.

Xəbər 1263 dəfə oxundu.