İtaliya-Azərbaycan Dostluq Dərnəyi ilə Maltanın futbol komandası arasında müqavilə imzalanıb
İtaliya-Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Dündar Keşaplı Maltanın “Sliema Wanderers” futbol komandası ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən Dündar Keşaplı klubun beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru təyin edilib. O, həmçinin klubun UEFA ilə əlaqələrinə cavabdeh olacaq.

İmzalanma mərasimində “Sliema Wanderers” komandasının prezidenti Keyt Perri Dündar Keşaplının klubun işinə töhfə verəcəyinə əminliyini ifadə edib. D.Keşaplı, öz növbəsində, klubun işinin yüksək səviyyədə təşkili üçün əlindən gələni əsirgəməyəcəyini deyib.

Klubun baş direktoru, İtaliyanın keçmiş futbolçusu Canfranko Quazzoli də mərasimində iştirak edib.

Xəbər 983 dəfə oxundu.