Astaralı idmançılar Tbilisidə keçirilən Dünya kuboku yarışlarında uğurla çıxış ediblər
Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən qarışıq döyüş növləri və kikboksinq üzrə Dünya kuboku yarışlarında astaralı idmançılar uğurla çıxış ediblər.

Üç gün davam edən beynəlxalq yarışda Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Belarus, Ermənistan və İranın idmançıları qələbə uğrunda mübarizə aparıblar.

Qarışıq döyüş növləri üzrə yarışda astaralı idmançılardan Sadiq Tahirov 45 kiloqram çəki dərəcəsində ikinci, Yusif Mirzəyev 78 kiloqram çəki dərəcəsində üçüncü, kikboksinq idman növü üzrə keçirilən yarışlarda isə Zamin Baxşıyev 65 kiloqram çəki dərəcəsində birinci yeri tutub.

İdmançıları yarışa budo döyüş növləri üzrə məşqçi-müəllim, VI dan qara kəmər ustası Ramiq Rəhmanov və budo döyüş və karate idman növləri üzrə məşqçi-müəllim, III dan qara kəmər ustası Zamin Baxşıyev hazırlayıblar.

Xəbər 823 dəfə oxundu.