Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşib | |
Sentyabrın 20-də Bakıdakı Milli Gimnastika Arenasında start götürəcək cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşib. Nüfuzlu yarışın püşkü sentyabrın 19-da “Hilton Baku” mehmanxanasında atılacaq. Açılış mərasimi isə sentyabrın 21-nə təyin olunub. Məşhur italiyalı müğənni Al Banonun qatılacağı və xüsusi açılış proqramı ilə müşayiət olunacaq tədbir saat 14:00-da başlanacaq. Bütün yarış günlərində fərdi görüşlər saat 10:00-da, final görüşləri isə saat 16:00-da start götürəcək. Yalnız son günə - sentyabrın 27-nə təsadüf edəcək qarışıq komanda yarışlarının startı saat 9:00-a təyin olunub. 19 sentyabr 14:00. Fərdi və komanda yarışlarının püşkatması 20 sentyabr Qadınlar 48 kq / Kişilər 60 kq 10:00. İlkin görüşlər 16:00. Final görüşləri 21 sentyabr Qadınlar 52 kq / Kişilər 66 kq 10:00. İlkin görüşlər 14:00. Açılış mərasimi 16:00. Final görüşləri 22 sentyabr Qadınlar 57 kq / Kişilər 73 kq 10:00. İlkin görüşlər 16:00. Final görüşləri 23 sentyabr Qadınlar 63 kq / Kişilər 81 kq 10:00. İlkin görüşlər 16:00. Final görüşləri 24 sentyabr Qadınlar 70 kq / Kişilər 90 kq 10:00. İlkin görüşlər 16:00. Final görüşləri 25 sentyabr Qadınlar 78 kq / Kişilər 100 kq 10:00. İlkin görüşlər 16:00. Final görüşləri 26 sentyabr Qadınlar 78 kq-dan yuxarı / Kişilər 100 kq-dan yuxarı 10:00. İlkin görüşlər 16:00. Final görüşləri 27 sentyabr 09:00. Qarışıq komanda yarışları |
|
Xəbər 745 dəfə oxundu. |
|
|