Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşib
Sentyabrın 20-də Bakıdakı Milli Gimnastika Arenasında start götürəcək cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşib.

Nüfuzlu yarışın püşkü sentyabrın 19-da “Hilton Hotel”də atılacaq. Açılış mərasimi isə sentyabrın 21-nə təyin olunub. Məşhur italiyalı müğənni Al Banonun qatılacağı və xüsusi açılış proqramı ilə müşayiət olunacaq tədbir saat 14:00-da başlanacaq.

Bütün yarış günlərində fərdi görüşlər saat 10:00-da, final görüşləri isə saat 16:00 start götürəcək. Yalnız son günə - sentyabrın 27-nə təsadüf edəcək qarışıq komanda yarışlarının startı saat 9:00-a təyin olunub.

Xəbər 741 dəfə oxundu.