Karateçimiz Firdovsi Fərzəliyev bürünc medal qazanıb
Almaniyada Dünya Karate Federasiyasının (WKF) Karate 1 Premyer Liqa seriyasından Berlin turnirində Azərbaycan karateçisi Firdovsi Fərzəliyev bürünc mükafat uğrunda mübarizə aparıb.

60 kiloqram çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü Firdovsi Fərzəliyev Qazaxıstan karateçisi Kaysar Alpisbayı məğlub edərək üçüncü yeri tutub.

Xatırladaq ki, Azərbaycan milli komandasının digər üç idmançısı bu gün medal uğrunda həlledici döyüşlərinə çıxacaqlar. Nüfuzlu turnirin son yarış günündə final görüşündə Rafael Ağayev (75 kq) Yusey Sakiyama (Yaponiya) ilə qarşılaşacaq. Döyüş Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq. Qadınların final mübarizəsində isə Azərbaycan milli komandasının üzvü İrina Zaretska (68 kq) Türkiyə karateçisi Eda Eltemurla qarşılaşacaq. Final görüşü 18:00-da başlayacaq. Şahin Atamov (84 kq) üçüncü yer uğrunda mübarizədə Conatan Hörne (Almaniya) ilə döyüşəcək.

Xəbər 1007 dəfə oxundu.