Topaz Premyer Liqası: “Səbail” – “Zirə” oyununda qalib müəyyənləşməyib
Sentyabrın 15-də Topaz Premyer Liqasında dördüncü turun növbəti oyunları keçirilib.

“Bayıl Arena” stadionunda “Səbail” klubu “Zirə” komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Birinci hissədə komandaların cəhdlərinə baxmayaraq, hesab açılmayıb.

Fasilədən sonra hesabı zirəlilər açıb. Qarşılaşmanın 68-ci dəqiqəsində hakim “Səbail” klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Pərdis Fərcad-Azad fürsəti əldən verməyib - 0:1. Qoldan sonra irəli atılan meydan sahibləri matçın başa çatmasına altı dəqiqə qalmış hesabı bərabərləşdirib. Komandanın kapitanı Rahid Əmirquliyev adını tabloya yazdırıb.

Xəbər 934 dəfə oxundu.