Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku uğrunda ilk oyun keçiriblər
Azərbaycanın qadın həndbolçulardan ibarət “Azərsu” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlarda ilk oyununu keçirib.

Təmsilçilərimiz turnirin birinci təsnifat mərhələsində Polşanın “Metrako Zaqlebie Lubin” komandası ilə qarşılaşıb. “Hala Vidoviskovo Sportova” arenasında keçirilən matç meydan sahiblərinin 27:21 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı ukraynalı hakimlər Anatoli Novikov və Valeri Rozkov idarə ediblər. EHF nümayəndəsi isə belaruslu Siarhei Kot olub.

Komandalar arasında cavab qarşılaşması sentyabrın 16-da, əvvəlcədən razılaşdırıldığı kimi, Polşada keçiriləcək.

Xəbər 931 dəfə oxundu.