Ağır atletika üzrə Azərbaycan çempionatı: 77 kiloqram çəki dərəcəsində qaliblər məlum olub
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında keçirilən ağır atletika üzrə Azərbaycan birinciliyinin ikinci günündə ilk olaraq 77 kiloqram çəki dərəcəsində mübarizə aparan atletlər qüvvələrini sınayıblar.

İki hərəkətin cəmində 286 kiloqram (125+161) nəticə ilə rəqiblərini üstələyən Kənan Əliquliyev qızıl medala layiq görülüb. İkinci yeri 254 kiloqram (112+142) nəticə ilə İsmayıl Baxışov, üçüncü yeri isə 243 kiloqram (108+135) nəticə ilə Rəsul Nəsrullayev tutublar.

Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın atlet iştirak edir.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər 1107 dəfə oxundu.