Azərbaycan badmintonçuları beynəlxalq reytinq cədvəlində irəliləyiblər
Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

“Belarus International-2018” turnirində həm şəxsi, həm qoşa yarışlarda birinci olan Edi Reski Dviçayo siyahıda 10 pillə irəliləyib. Dviçayo hazırda reytinqdə 129-cu sıradadır. Badmintonçumuzun hesabında 13 min 50 reytinq xalı var.

Siyahıda 3 pillə irəliləyən “Belarus International-2018” turnirinin qoşa yarışlarının qalibi Ezmi Qovimuramadhoni isə reytinqdə 283-cü yerdədir. Ezminin hesabındakı xalların sayı 4 min 728-ə bərabərdir.

Badmintonçularımız kişilərin qoşa reytinqində 21 pillə irəliləyiblər. Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni cütü hazırda reytinqdə 121-ci sıradadır. Təmsilçilərimizin hesabında 10 min 520 reytinq xalı var.

Xəbər 975 dəfə oxundu.