Topaz Premyer Liqasında üçüncü turun oyunlarına hakim təyinatları açıqlanıb
Topaz Premyer Liqasında üçüncü turun oyunlarına hakim təyinatları açıqlanıb.

Sentyabrın 14-də “Azərsun Arena” stadionunda “Qarabağ”–“Sumqayıt” qarşılaşmasını hakim İnqilab Məmmədov idarə edəcək.

Sentyabrın 15-də “Bayıl Arena”da keçiriləcək “Səbail”–“Zirə” görüşünün əsas hakimi Rəşad Əhmədov olacaq.

“Əlincə Arena”da oynanılacaq “Sabah”–“Qəbələ” matçına əsas referi Rauf Cabbarov təyin olunub. “Bakcell Arena”da keçiriləcək “Neftçi”- “Keşlə” oyununda baş hakim funksiyasını Ramil Diniyev yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ”–“Sumqayıt” oyunu 20:00-da, “Səbail”–“Zirə” 20:30-da, “Sabah”–“Qəbələ” 19:00-da, “Neftçi” -“Keşlə” oyunu isə saat 21:00-da başlayacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 872 dəfə oxundu.