Qurban Qurbanov razı qalib
“Bakı” ilə oyunumuz maraqlı alındı. İlk hissə ilə müqayisədə fasilədən sonra daha açıq futbol izlədik”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 40 yaşlı mütəxəssis Azərbaycan kubokunun yarımfinal mərhələsinin bu gün “Bakı” ilə səfərdə keçirilən oyunu haqda fikirlərini açıqlayıb:

“Futbolçulardan razı qaldım. Lakin qələbəyə baxmayaraq, hələ heç nə həll olunmayıb. Qarşıdakı bizi bu rəqiblə Quzanlıda həm çempionat, həm kubok oyunu gözləyir. Biz bu matçlarda istədiyimiz nəticəni əldə etməliyik”.
Qeyd edək ki, “Bakı” doğma divarlar arasında “Qarabağ” klubuna 0:1 hesabı ilə uduzub.

Xəbər 946 dəfə oxundu.