Voleybol üzrə Azərbaycan millisi Bakıda Rusiya klubları ilə yoxlama oyunu keçirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.

Millimiz Bakı toplanışı çərçivəsində sentyabrın 14-16-da Rusiyanın “Uraloçka” və “Dinamo Krasnodar” klubları ilə yoxlama oyunlarında gücünü sınayacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq.


Xəbər 1142 dəfə oxundu.