İtaliya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb
İtaliya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.

Bakı mundialında 9 italiyalı cüdoçu tatami üzərinə çıxacaq.

Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Andrea Karlino (60 kq), Matteo Medves (66 kq), Fabio Basile (73 kq), Antonio Esposito (81 kq) və Nikolas Munqaiyə (90 kq) şans verəcək.

Qadınların mübarizəsində isə Franseska Milani (48 kq), Odetta Giuffrida (52 kq), Edviqe Qvend (63 kq) və Karola Paissoni (70 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.

Xəbər 954 dəfə oxundu.