Voleybol üzrə Azərbaycan yığması Kamerun millisi ilə qarşılaşacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Sloveniyada davam etdirir.

Bu gün millimiz hazırlıq prosesi çərçivəsində Kamerun yığması ilə yoxlama oyunu keçirəcək.

Voleybolçularımız sentyabrın 12-də Vətənə qayıdacaqlar. Bakı toplanışı çərçivəsində millimiz Rusiyanın “Uraloçka” və “Dinamo Krasnodar” klubları ilə yoxlama oyununda gücünü sınayacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq.

Xəbər 1075 dəfə oxundu.