Kazanda rapid üzrə Rəşid Nəcməddinov Kubokuna start verilir
Kazanda sürətli şahmat üzrə 40-cı Rəşid Nəcməddinov Kubokuna start verilir. Turnirin startına 79 şahmatçı, o cümlədən 31 qrossmeyster çıxacaq. Start siyahısında ilk yerləri rusiyalılar – Aleksandr Raxmanov (2706), Maksim Çiqayev (2678) və Dmitri Kokarev (2663) tutur.

Bu turnirdə Azərbaycan idmanının şərəfini qrossmeyster Türkan Məmmədyarova (2375) qoruyacaq.

Digər adı “Rusiya Rapid Qran-Prisi” mərhələsi olan bu turnirin qalibləri sentyabrın 21-də müəyyən ediləcək. Yarışlar İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Oyunlarda nəzarət vaxtı 15 dəqiqə üstəgəl birinci gedişdən başlayaraq hər gediş üçün 10 saniyə müəyyən edilib.

Sürətli şahmat üzrə Rəşid Nəcməddinov Kubokunun ümumi mükafat fondu 450.000 rubla bərabərdir.

Xəbər 920 dəfə oxundu.