PFL-də seçkilər iyunda keçiriləcək
Peşəkar Futbol Liqasına (PFL) yeni prezident seçkisi iyunda keçiriləcək. Bu haqda Lent.az-a PFL-in rəhbəri Ramin Musayev məlumat verib.

Onun sözünə görə, tədbirin dəqiq tarixi və gündəliyi barədə yaxın vaxtlarda məlumat veriləcək. Seçkidə Unibank Premyer Liqası və I divizionda çıxış edən klubların rəhbərləri və AFFA İcraiyyə Komitəsinin üzvləri iştirak edəcək.

Qeyd edək ki, Ramin Musayev ilk dəfə 2008-ci il iyunun 13-də PFL prezidenti seçilib. Elə həmin vaxt yaradılan qurum, Unibank Premyer Liqası və I divizionun təşkili və keçirilməsinə cavabdehdir.

Xəbər 1047 dəfə oxundu.