Badmintonçularımız “Belarus International-2018” turnirində uğurla çıxış ediblər
Azərbaycan badmintonçuları Minskdə “Belarus International-2018” turnirində uğurla çıxış ediblər.

Turnirə əsas mərhələdən qatılan badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi yarışında finala gedən yolda Qazaxıstan, Finlandiya, Hindistan və Polşa təmsilçilərinə qalib gəlib. Dviçayo finalda fransalı Leo Rossini 2:1 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.

Badmintonçularımız kişilərin qoşa yarışında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni cütü final yolunda İsrail, Ukrayna və Polşadan olan həmkarlarını məğlub ediblər. Təmsilçilərimiz həlledici görüşdə Fransa badmintonçuları Leo Rossi-Tomas Baures üzərində də inamlı qələbə qazanıblar - 2:0.

Qeyd edək ki, Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni “Sabah” peşəkar idman klubunun üzvləridir.

Xəbər 1144 dəfə oxundu.