Güləşçimiz Mariya Stadnik Polşada “Qran-pri” turnirində çempion olub
Polşanın paytaxtı Varşavada “Qran-pri” seriyasından olan “Poland Open” turniri başa çatıb.

Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, yarışda ölkəmizi təmsil edən qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) Ukrayna idmançısı İlyona Semkivlə qarşılaşıb. Finaladək bütün görüşlərində asan qələbə qazanan M.Stadnik sonuncu qarşılaşmada da rəqibinə qalib gəlib - 13:2. Beləliklə, Mariya daha bir yarışın çempionu olub.

Xəbər 1152 dəfə oxundu.