Badmintonçularımız beynəlxalq reytinq cədvəlində irəliləyiblər
Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Ukraynanın Xarkov şəhərində keçirilən “RSL Kharkiv International-2018" turnirində finala yüksələn badmintonçumuz Edi Reski Dviçayo siyahıda 38 pillə irəliləyib. Aktivində 11 min 900 reytinq xalı olan Dviçayo 139-cu sıradadır.

Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə reytinqdə 85 pillə irəliləyib. Hesabında 4478 xalı olan Ezmi siyahıda 286-cıdır. Edi və Ezmi cütü badmintonçuların qoşa yarışlarında da irəliləyişə nail olub. Siyahıda 9 pillə irəliləyən Edi-Ezmi tandemi 142-ci sıradadır.

Xəbər 967 dəfə oxundu.