Bakıda keçiriləcək dünya çempionatında Finlandiyanı dörd cüdoçu təmsil edəcək
Finlandiya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.

Bakı mundialında 4 finlandiyalı cüdoçu tatami üzərinə çıxacaq.

Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Aatu Laamanen və Jaakko Alliyə (hər ikisi 90 kq) şans verəcək.

Qadınların mübarizəsində isə Katri Kakko (52 kq) və Emilia Kanerva (63 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.

Xəbər 743 dəfə oxundu.