“Qəbələ”nin idmançısı Gənclərin Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
“Qəbələ” idman klubunun taekvondoçusu Cavad Ağayev Gənclərin Yay Olimpiya Oyunlarında iştirak edəcək. Təmsilçimiz Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq yarışa lisenziya qazanıb.

Taekvondoçumuz Rusiyada keçirilən G1 kateqoriyalı “Russian Open” turnirində qazandığı qələbədən sonra mötəbər yarışa vəsiqəni rəsmiləşdirib. Altmış üç kiloqram çəki dərəcəsində çıxış edən Ağayev Azərbaycan milli komandasını bu kateqoriyada təmsil edəcək.

Xatırladaq ki, Gənclərin Yay Olimpiya Oyunları bu il oktyabrın 6-18-də keçiriləcək.

Xəbər 1150 dəfə oxundu.