Boksçumuzdan lisenziya qazanmaq şansı
Bu gün boks üzrə Avropa olimpiya təsnifat turnirində 1/4 final mərhələsinin döyüşləri olacaq. İdman.com.az saytının məlumatına görə, Elvin İsayev (60 kq) və Salman Əlizadənin (49 kq) uduzmasından sonra, 3 boksçumuz lisenziya uğrunda mübarizəni davam etdirir. Yarımfinal yüksəlmək üçün 1/4 final mərhələsində ilk olaraq boksçularımızdan Bakı vaxtı ilə saat 18.00-da 69 kq çəki dərəcəsində yarışan Tamerlan Abdullayev rinqə çıxacaq. Onun rəqibi irlandiyalı Adam Nolan olacaq.

Bundan 15 dəqiqə sonra Vətən Hüseynli (81 kq) gücünü yoxlayacaq. O, Fransa təmsilçisi Abdelkader Bouheniya ilə qarşılaşacaq. Bakı vaxtı ilə 21.15-də isə Məhəmməd Abdulhəmidov (56 kq) rinqə çıxacaq. Boksçumuz Avropa çempionu Denis Makarovu (Almaniya) məğlub edə bilsə, olimpiya oyunlarına vəsiqə qazanacaq.
Xatırladaq ki, İsayev türkiyəli Fateh Kələşə 16:18, Əlizadə isə almaniyalı Həmzə Toubaya 8:16 hesabı ilə uduzublar.

Xəbər 1094 dəfə oxundu.