Lerikdə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş futbol turniri keçirilib
Lerik rayon gənclər və idman idarəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə bələdiyyələrin, idarə, müəssisə və təşkilatların komandaları arasında futbol üzrə rayon birinciliyi keçirib.

Turnirlə ilə əlaqədar idarədə təşkilat komitəsi yaradılıb və oyunların idarə olunması üçün hakimlər kollegiyası təsis edilib. Püşkatmanın nəticələrinə görə 20 bələdiyyə və müəssisə komandası 4 qrupda mübarizə aparıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın qalibi Lerik bələdiyyəsinin “Kanalik” komandası olub.

Qalib komandalara Lerik rayon gənclər və idman idarəsinin kubok və diplomları təqdim edilib.

Xəbər 689 dəfə oxundu.