Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə sentyabrın 11-də Autizmlilərin İdman Klubları (AİK) autizmli uşaq, yeniyetmə və gənclər arasında velosiped yarışı keçirəcək.

AİK-in mətbuat xidmətindən bildiriblər ki, Dənizkənarı Milli Parkda təşkil olunacaq yarış Azərbaycan Velosiped İdmanı Federasiyasının, Respublika Olimpiya Velosiped Məktəbinin, “brendsport.az saytının təşkilatçılığı və Autizmlilərin İdman Klublarının birgə təşəbbüsü ilə həyata keçiriləcək.

Autizmlilərin həyatında xüsusi yer tutan velosiped idmanı üzrə yarışın keçirilməsində məqsəd idmanın bu növünün təbliği, klublar arasında güclü idmançıların müəyyənləşdirilməsidir.

Xəbər 1275 dəfə oxundu.