“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Vorskla” yoxlama oyununda gücünü sınayacaq
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukraynanın “Vorskla” komandası yoxlama oyununda gücünü sınayacaq.

Ukrayna Premyer Liqasında yaranmış (UPL) fasilədən istifadə edən komanda yerli “Aleksandriya” klubu ilə qarşılaşacaq. Görüş sentyabrın 8-də “Ltava” stadionunda təşkil olunacaq.

Hazırda “Vorskla” UPL-də yeddinci, “Aleksandriya” isə ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” və “Vorskla” arasında ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Ukrayna təmsilçisi “Qarabağ”ı noyabrın 8-də qəbul edəcək.

Xəbər 881 dəfə oxundu.