Azərbaycan komandası III Dünya Köçəri Oyunlarının mas-reslinq yarışında üç medal qazanıb
Azərbaycan milli komandası Qırğızıstanda keçirilən III Dünya Köçəri Oyunlarının mas-reslinq yarışında iki gümüş və bir bürünc medala sahib olub.

Yakutiyanın milli idman növü olan mas-reslinq yarışında Nərgiz İbrahimova (75 kq) və Rəsul Səfərov (60 kq) gümüş medal qazanıblar. Yarışda 80 kiloqram çəki dərəcəsində çıxış edən Sultan Ağayev isə komandamızın aktivinə bürünc medal yazdırıb.

Xəbər 1349 dəfə oxundu.