Yeniyetmələr arasında 2020-ci il Qış Olimpiya Oyunlarına hazırlıq işləri nəzərdə tutulandan sürətlə aparılır
2020-ci il İsveçrənin Lozanna şəhərində 18 yaşınadək yeniyetmələr arasında keçiriləcək Qış Olimpiya Oyunlarına hazırlıq işləri qrafiklə nəzərdə tutulan vaxtdan da sürətlə aparılır.

“Lozanna-2020”nin Təşkilat Komitəsi 2018-ci ilin aprelindən geniş fəaliyyətə başlayıb. Yarışların keçiriləcəyi məkanların bəzi təfərrüatları artıq məlumdur.

Körlinq üzrə birincilik Şamperidə keçiriləcək. Dağ xizəkçiləri Le Dyableredə medallar uğrunda mübarizə aparacaqlar. Xizəksürmə, snoubord-kross və xizək alpinizmi yarışları isə Villar-sur-Ollonda keçiriləcək. Fristayl yarışlarına kiçik Lezen şəhəri ev sahibliyi edəcək. Konkisürmə, xizək idmanı, fiqurlu konkisürmə, buz üzərində xokkey idman növlərini bilavasitə Lozanna qəbul edəcək.

Lozanna 2020-ci il Yeniyetmələrin Qış Olimpiya Oyunlarını keçirmək hüququnu Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında səsvermənin nəticələrinə görə əldə edib. Səsvermədə Olimpiya paytaxtı 71, onun əsas rəqibi Rumıniyanın Braşov şəhəri isə cəmi 10 səs alıb.

Açılış mərasiminin 2020-ci il yanvarın 9-da keçirilməsi planlaşdırılıb.

Xəbər 1076 dəfə oxundu.