“Araz”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz” futzal klubunun oyunlarının vaxtı açıqlanıb.

Azərbaycan çempionu mübarizəyə “Vytis”lə (Litva) qarşılaşma ilə start verəcək. Oyun oktyabrın 3-də keçiriləcək. Təmsilçimiz ertəsi gün Maltanın “Valletta” klubu ilə gücünü sınayacaq. Qrupun sonuncu oyunu oktyabrın 6-da keçiriləcək. “Araz” Slovakiyanın “Luçenec” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, 8-ci qrupun oyunları Slovakiyada keçiriləcək.

Xəbər 880 dəfə oxundu.