Rusiya millisinin Bakıda cüdo üzrə dünya çempionatında iştirak edəcək heyəti açıqlanıb
Rusiya millisinin Bakıda cüdo üzrə dünya çempionatında iştirak edəcək heyəti açıqlanıb.

Bakı mundialında 18 rusiyalı cüdoçu tatami üzərinə çıxacaq.

Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Beslan Mudranov (60 kq), Beslan Mudranov (60 kq), Robert Mşvidobadze (60 kq), Mixail Pulyayev (66 kq), Həsən Xalmurzayev (81 kq), Aslan Lappinaqov (81 kq), Husen Xalmurzayev (90 kq), Mixail İqolnikov (90 kq), Kiril Denisov (100 kq) və Niyaz İlyasova (100 kq) şans verəcək.

Qadınlar arasında isə İrina Dolqova (48 kq), Sabina Gilyazova (48 kq), Nataliya Kuzyutina (52 kq), Yuliya Kazarina (52 kq), Anastasiya Konkina (57 kq), Yekaterina Valkova (63 kq), Darya Davıdova (63 kq) və Alyona Prokopenko (70 kq) birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.

Xəbər 882 dəfə oxundu.