İslandiya–Estoniya oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Rəhim Həsənov yeni təyinat alıb.

Azərbaycanlı referi sentyabrın 6-da futbol üzrə 21 yaşadək Avropa çempionatının seçmə mərhələsinin 2-cı qrupu çərçivəsində keçiriləcək İslandiya–Estoniya oyununun baş hakimi olacaq. Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

Xəbər 921 dəfə oxundu.