Yubiley viktorinası
“İdman” qəzeti ilə “Bakı” klubunun birgə layihəsi

“İdman” qəzeti 80 illik yubileyi münasibətilə “Bakı” futbol klubu ilə birgə oxucular arasında viktorinaya davam edir. Müsabiqənin ikinci həftəsində 52 oxucumuzdan yalnız ikisi hər 7-si suala doğru cavab verib.
Müsabiqə davam edir.

Yarışın şərtləri belədir:
Ay ərzində qəzetimizin hər sayında “Bakı” futbol klubu ilə bağlı 3 (üç) sual dərc olunur. Hər ayın yekununa əsasən, suallara daha çox düzgün cavab verən iştirakçı qalib elan olunacaq.
Mükafatlar sahibinə sonrakı ayın ilk həftəsində “Bakı” klubu tərəfindən təqdim olunacaq. Qalib haqqında “İdman” qəzetində, idman.com.az saytında və Bakı futbol klubunun rəsmi saytında (fcbaku.com) məlumat dərc ediləcək.
Qeyd: Suallara cavab vermək istəyən oxucular 434-57-32 və 510-53-10 telefon nömrələrinə həftə içi hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-a qədər zəng edə və ya cavabı günün istənilən vaxtında idman-sport@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.

Viktorinanın 3-cü həftəsinin sualları:
1. “Bakı” futbol klubunun Avropa kuboklarında ilk qolunun müəllifi kim olub?
2. “Bakı” futbol klubunun yetirməsi Hacı Əhmədov «A» milli komandamızın hansı oyununda debüt edib?
3. “Bakı” futbol klubu ilk dəfə hansı mövsümdə ölkə kubokuna sahib çıxıb?

Viktorinanın 2-ci həftəsinin sualları və cavabları:
1. “Bakı” futbol klubu ölkə çempionatlarının yüksək dəstəsində neçə adla çıxış edib?
Cavab: 4 (“Polis Akademiyası”, “Dinamo”, “Dinamo-Bakı” və “Bakı”)

2. “Bakı” futbol klubu hansı idman şirkətlərinin məhsullarından istifadə edir?
Cavab: «Makron»

3. “Bakı” futbol klubunun rəsmi jurnalı necə adlanır?
Cavab: “Toplu Bakı”

Xəbər 1025 dəfə oxundu.