Stolüstü tennis üzrə seminar-kurs keçirilib
Avqustun 27-dən 31-dək Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən kiçik yaşlı uşaqlarla məşqlərin aparılması üçün nəzərdə tutulan seminar-kurs təşkil olunub.

Milli yığma komandanın məşqçiləri tərəfindən aparılmış seminar-kurs 5 gün davam edib.

Federasiyanın məqsədi bu kimi tədbirlərlə bədən tərbiyəsi müəllimlərini və digər idman mütəxəssislərini stolüstü tennisə cəlb etməklə bu idman növündə mütəxəssislərin və kütləviliyin artırılmasına nail olmaqdır.

Kursun tələblərini yerinə yetirən 4 idman mütəxəssisinə müvafiq sertifikat təqdim olunub.

Xəbər 1241 dəfə oxundu.