Cüdo üzrə Rumıniya millisinin baş məşqçisi istefaya göndərilib
Sentyabrın 20-27-də Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının başlamasına üç həftə qalmış Rumıniyanın cüdo millisinin baş məşqçisi Adrian Kroitoru istefaya göndərilib.

Bu ölkənin nüfuzlu “İdman” qəzetinin (Gazeta Sporturilor) yaydığı məlumata əsasən, baş məşqçi bu barədə açıqlama verməyib.

Rumıniya Cüdo Federasiyasının prezidenti Kosmin Quşa bildirib ki, bu qərarın qəbul edilməsinə son dövrdə kişilərdən ibarət komandanın zəif çıxışı və baş məşqçi ilə Yaponiyadan dəvət olunan yeni çalışdırıcı arasındakı anlaşılmazlıq səbəb olub.

Eyni zamanda, rumıniyalı Olimpiya çempionu xanım Alina Dumitru federasiyanın vitse-prezidenti vəzifəsindən istefa verib.

Qeyd edək ki, komandanın son zamanlar zəif nəticə göstərməsi federasiya rəhbərliyi tərəfindən sərt islahatların həyata keçirilməsi ilə nəticələnib.

AZƏRTAC

Xəbər 947 dəfə oxundu.